8in1 Flavours Triple Flavour Twisted Sticks — itlər üçün üç fərqli dadlı burulmuş çeynəmə çubuqları 70 qr.


8in1 Flavours Triple Flavour Twisted Sticks toyuq döş əti, mal və donuz dərisinin birləşməsindən hazırlanmış, itlərin uzun müddət çeynəməsi və mükafatlandırılması üçün nəzərdə tutulmuş çeynəmə çubuqlarıdır.

9.10 ₼

Qiymət: 9.10 AZN

8in1 Flavours Triple Flavour Twisted Sticks toyuq döş əti, mal və donuz dərisinin birləşməsindən hazırlanmış, itlərin uzun müddət çeynəməsi və mükafatlandırılması üçün nəzərdə tutulmuş çeynəmə çubuqlarıdır. Üç fərqli dadın birləşməsi ləzzəti itlər üçün xüsusilə iştahaaçan və cəlbedici edir.

Möhkəm mal və donuz dərisi çubuqların davamlılığını təmin edir, təbii toyuq döş əti isə onlara zəngin ət dadı verir.

Uzun müddət çeynəmə dişlərin ərpdən təbii şəkildə təmizlənməsinə, diş ətlərinin masaj olunmasına və ağız boşluğunun gigiyenasının qorunmasına kömək edir.

Çubuqların burulmuş forması ev heyvanını uzun müddət məşğul edir və onun təbii çeynəmə ehtiyacını ödəməyə kömək edir.İstehsal ölkəsi: Almaniya.

Daha çox oxu
Təfərrüat Dəyər
Brend 8 IN 1
Heyvan İtlər
Məhsulun həcmi 70 gr
Məhsulun növü Çərəz
Ticarət nişanı 8 in 1
Yemin sinfi Premium
Yemin tərkibi (ət, balıq) Mal əti, Toyuq, Donuz əti
İstehsalçı ölkə Almaniya

8 IN 1 - kiçik quş yemləri istehsalından sənaye liderliyinə qədər.

8in1 (8in1) brendinin tarixi yüz ildən çox əvvəl başlayıb, o zaman Harold Feed, nəqliyyat atları üçün yulaf və ot satışı ilə məşğul idi. 
O dövrdə kanareykalara dəb çıxmışdı. 
Gedərək daha çox insan bu kiçik nəğməli quşları alır.

Buna görə də, onlar üçün xüsusi yemə ehtiyac yarandı. 
8 müxtəlif dən növünü qarışdıraraq, cənab Feed kanareykalara ilk tam yemini hazırladı, hansı ki, 8in1 adlandırıldı.

Beləliklə, 8in1 şirkəti yarandı. 
Sonrakı bir neçə il ərzində şirkət itlər və pişiklər üçün xətlər hazırladı.
Gənc şirkət sürətlə böyüdü və ev heyvanları üçün məhsullar istehsal edən ABŞ-da ilk böyük müəssisə oldu.

8in1 ticarət nişanının yüksək keyfiyyətli innovativ məhsulları, ev heyvanlarının bütün ehtiyacları nəzərə alınaraq hazırlanmış, tez bir zamanda dünya bazarını fəth etdi və bütün dünyada heyvan sahibləri, yetişdiricilər və baytar mütəxəssisləri tərəfindən etibar edilən premium sinif brendinə çevrildi.

Bu gün 8in1 şirkətinin Nyu-York (ABŞ) və Mələ (Almaniya) şəhərlərində yerləşən iki öz elmi-tədqiqat mərkəzi var.

Onlar məhsulların yüksək keyfiyyətini və effektivliyini təmin etmək üçün məhsulların hazırlanması, istehsalı və tədqiqatı ilə məşğuldurlar. 

Brendin assortimenti: polivitamin kompleksləri, oynaqlar, dişlər, sümüklər və tük sağlamlığı üçün yem əlavələri, həmçinin heyvanların qulaqları, dişləri, pəncələri üçün gigiyenik vasitələr; təbii ətirlərlə itlər və pişiklər üçün kosmetika xətti, həmçinin xoş ətirli şampunlar və kondisionerlər; bioloji-enzim əsaslı ləkələri və qoxuları aradan qaldıran vasitələr, həmçinin davranış korrektorları; mükafatlar və gigiyenik vasitələr, məsələn, heyvanlar üçün alt paltarları və salfetlər.

8in1 brendi - ev heyvanınızın yaşadığı yerdə sağlamlıq, gözəllik və təhlükəsizlik deməkdir!

Şərh bildirmək üçün daxil olun

Rəy bildirmək üçün daxil olun