Van Cat Baby Powder — uşaq pudrası ətirli topaqlanan pişik qumu (20 kq)
Van Cat Baby Powder — uşaq pudrası ətirli topaqlanan pişik qumu (20 kq)
Van Cat Baby Powder pişiyinizin tualetinə maksimum təmizlik və rahat qulluq təmin etmək üçün hazırlanmış, 100% təbii bentonit əsaslı premium topaqlanan qumdur. W225 fraksiyalı xırda dənəciklər (0,5–2,25 mm) nəmi dərhal hopdurur, möhkəm və sıx topaqlar əmələ gətirir və onların asanlıqla çıxarılmasına imkan verir. Bu da pişik qabının daim təmiz qalmasını təmin edir.
Uşaq pudrası aromatı evdə 24/7 davamlı təravət yaradır və xoşagəlməz qoxuları effektiv şəkildə neytrallaşdırır. Yüksək təmizlənmə səviyyəsi sayəsində qum demək olar ki, tozlanmır — 99,5%-ə qədər Dust Free, bu isə onu həm pişiklər üçün təhlükəsiz, həm də mənzil şəraitində istifadəyə rahat edir.
Van Cat Baby Powder qumunun üstünlükləri:
• 100% təbii bentonit
• güclü topaqlanma və sürətli hopdurma
• zərif uşaq pudrası aromatı
• 99,5%-ə qədər tozsuz — həssas pişiklər üçün də uyğundur
• iqtisadi sərfiyyat
• gündəlik istifadə zamanı rahatlıq və gigiyena
Təmizliyə, təravətə və ev heyvanının komfortuna dəyər verənlər üçün ideal seçimdir.
| Təfərrüat | Dəyər |
|---|---|
| Brend | Van Cat |
| Ev heyvanının ölçüsü | Bütün razmerlər üçün |
| Heyvan | Pişiklər |
| Heyvanın cinsi | Bütün cinslər üçün |
| Heyvanın yaşı | Bütün yaşlar üçün |
| Məhsulun həcmi | 20 kg |
| Məhsulun növü | Doldurucu |
| Məhsulun təyinatı | Toplaşan, Doldurucu |
| Parametrlər üzrə seçim | Yeni |
| Qablaşdırma | Kisə |
| Ticarət nişanı | VanCat |
| İstehsalçı ölkə | Türkiyə |
VAN CAT – pişiklərin qidalanması və pişik qum məhsulları istehsal edən məşhur türk brendidir.
Şirkət əvvəlcə yerli bazarda lider oldu, sonra isə pişik qum və pişik yemi ixrac edən ən tanınmış türk şirkətlərindən biri halına gəldi.
Tədqiqatlara əsasən, hazırda şirkət 30 böyük topdansatışçı vasitəsilə paylanan pişik qum və pişik/it yemləri bazarında 80%-dən çox paya malikdir.
Bundan əlavə, istehsal gücünə görə o, Avropanın ən böyük üç istehsalçısından biridir - illik istehsalı 120.000 tondan çoxdur və hazır məhsullar 39 ölkəyə ixrac olunur.

Şərh bildirmək üçün daxil olun
Rəy bildirmək üçün daxil olun